"Napoli"dən MakTominayə yeni təklif
"Napoli" yarımmüdafiəçi Skott MakTominayə illik maaşında əhəmiyyətli dərəcədə artım təklif edib.
Sportlife.az xəbər verir ki, 29 yaşlı şotland müqaviləsini 2030-cu ilə qədər uzatsa, ona ildə təxminən 3 milyon avro ödəniləcək.
MakTominey 2024-cü ilin avqust ayından "Napoli"də çıxış edir. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir. Bu mövsüm yarımmüdafiəçi 38 matçda 12 qol vurub və 4 məhsuldar ötürmə edib.