Rusiyalı qapıçıya yüksək qiymət

  • 15 Aprel 2026, 14:52

Sofascore statistika portalı PSJ-nin qapıçısı Matvey Safonovu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Liverpul"la oyunundakı performansına görə qiymətləndirib.

Sportlife.az xəbər verir ki, rusiyalı qolkiperin çıxışı 7.4 xalla qiymətləndirilib. Bu isə Paris komandasının heyətində ikinci ən yüksək göstəricisidir. O, yalnız Usman Dembeledən geri qalıb.

PSJ-nin yarımfinaldakı rəqibi bu gün "Bavariya" - "Real" arasınnda cavab oyunundan sonra məlum olacaq. İlk görüşdə almanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Paylaş: