"Şəfa" xal itirdi

  • Bu gün, 19:00

Futbol üzrə Azərbaycan I Liqasında XXII tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Lider "Şəfa" səfərdə "Baku Sportinq"lə heç-heçə edib. "Difai"yə qalib gələn "Mingəçevir" 2-ci pilləyə yüksəlib. Digər görüşdə isə "Səbail" autsayder "Şimal"ı böyük hesabla məğlub edib.

I Liqa, XXII tur
16 aprel

"Mingəçevir" - "Difai" 2:1
Qollar: 
K.Kalunqa, 33, A.Usman, 90 (pen) - K.Kamta, 49

"Baku Sportinq" - "Şəfa" 0:0

"Səbail" - "Şimal" 4:0
Qollar: 
K.Quliyev, 1, 58 (pen), 90 (pen), P.Rikardo, 74


Paylaş: