Millimiz Belarusla birgə toplanışda
Azərbaycanın kamandan oxatma üzrə milli komandası beynəlxalq yarışlara hazırlıq məqsədilə növbəti təlim-məşq prosesini davam etdirir.
Sportlife.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan hazırlıq mərhələsi Belarusun milli komandası ilə birgə keçirilir.
Aprelin 10-da start götürən birgə toplanış hər iki ölkənin idmançıları üçün yüksək səviyyəli hazırlıq imkanı yaradır. Aprelin 20-nə qədər davam edəcək bu prosesin əsas məqsədi oxatanların fiziki dözümlülüyünün artırılması, taktiki hazırlığın təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Gərgin məşq rejimində keçən toplanış zamanı hər iki komandanın üzvləri həm fərdi, həm də qrup şəklində müvafiq proqramları icra edirlər.