Nərimandan ABŞ klubunda ilk məhsuldarlıq

  • Bu gün, 10:00

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasının heyətində ilk dəfə start heyətində meydana çıxıb.

Sportlife.az xəbər verir ki, o, ABŞ Açıq Kubokunun 1/32 final mərhələsində "Riçmond Kikers" klubuna qarşı matçda əvəzlənmədən oynayıb.

21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman Axundzadə ilk qolun vurulmasında yaxından iştirak edib.

Belə ki, Axundzadə - Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar məntiqi sonluqla tamamlayıb.

Qeyd edə ki, ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur.


Paylaş: