"Noyen 100 ildən bir doğulan qapıçılardandır"
"Bavariya"nın əfsanəvi müdafiəçisi Filip Lam keçmiş komanda yoldaşı Manuel Noyerin "Qızıl top"u qazanmağa layiq olduğunu söyləyib.
Sportlife.az xəbər verir ki, veteran futbolçu Noyerin 100 ildən bir doğulan qapıçılardan olduğunu bildirib:
"Bu mövqedə oynamaq üçün lazım olan bütün istedad və keyfiyyətlərə malikdir. Manuel futbol tarixinin ən böyük oyunçularından biridir, Lionel Messi və Kriştiano Ronaldo ilə birlikdə. O, bir gün "Qızıl top"u qazanmalıdır. Kim bununla razılaşmaz?".
Hazırda dünyada "Qızıl top"u qazanan yeganə qapıçı əfsanəvi Lev Yaşindir.