"Barselona"dan UEFA-ya yeni şikayət
"Barselona" Çempionlar Liqasının 1/4 finalında "Atletiko"ya qarşı oyunlarda hakim qərarları ilə bağlı UEFA-ya yenidən şikayət edəcək.
Sportlife.az xəbər verir ki, bu barədə klub prezidenti Joan Laporta açıqlama verib:
"Bunu qəbul edə bilmərik. Artıq UEFA-ya şikayət etmişik və düşünürəm ki, daha bir şikayət olacaq".
"Barselona" ümumi hesabda 3:2 hesabı ilə uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.