"Çelsi" ilə oyun öncəsi ciddi itkilər
"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr Premyer Liqanın 33-cü turunda "Çelsi"yə qarşı oyunu buraxacaq.
Sportlife.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) "Bornmut"a qarşı matçda etdiyi davranışa görə futbolçunun 1 oyunluq cəzasını qüvvədə saxlayıb.
Maquayr həmin matçın 78-ci dəqiqəsində meydandan qovulub və hakimlərdən birinə söyüş söydüyünə görə cəzalandırılıb.
"Lids"ə qarşı oyunda meydandan qovulan Lisandro Martinesin də "Çelsi" ilə görüşdə iştirak etməyəcəyi gözlənilir.