70 milyonluq hücumçu
"Mançester Yunayted", "Liverpul" və "Çelsi" "Bornmut"un hücumçusu Eli Junior Krupini transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, 19 yaşlı futbolçunun Premyer Liqada debüt mövsümündəki performansı bir çox aparıcı komandaların diqqətini cəlb edib. Onlar fransalı forvardın transferi üçün 70 milyon avrodan çox pul ödəməyə hazırdırlar.
Krupi bu mövsüm 29 matçda 10 qol vurub. Onun "Bornmut"la 2030-cu ilin yayınadək müqaviləsi var.