DÇ-yə görə əməliyyatdan imtina etdi
"Toluka"nın yarımmüdafiəçisi Marsel Ruis zədəsini sağaldıb.
Sportlife.az xəbər verir ki, 25 yaşlı futbolçu ön çarpaz bağın qismən yırtılması və sağ dizindəki menisk zədəsi səbəbindən bir aydan çox müddətə meydandan kənarda qaldıqdan sıraya qayıdıb.
Zədənin ağırlığına baxmayaraq, Ruis əməliyyat olunmaq istəməyib. Meksikalı yarımmüdafiəçi dünya çempionatı üçün millinin heyətinə daxil olmaq ümidi ilə formada qalmaq üçün reabilitasiyaya üstünlük verib.
Ruis Meksika millisində 17 oyunda bir məhsuldar ötürmə edib.