Ronaldu oyundan sonra qusub

  • Bu gün, 13:49

"Əl-Nəsr"in baş məşqçisi Jorje Jezuş Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanı Pro Liqasının 29-cu turunda "Əl-İttifaq" üzərində 1:0 hesablı qələbəni komanda ilə birlikdə qeyd etməməsinin səbəbini açıqlayıb.

Sportlife.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ulduz futbolçunun özünü yaxşı hiss etmədiyini bildirib:

"Fasilədən sonra Kriştianu meydanda olmamalı idi; mədəsində problem var idi və əhval-ruhiyyəsi pis idi. Onu əvəz edəndə dərhal soyunma otağına getdi və orada qusdu. Futbolda nə qədər təcrübəmiz olsa da, oyunçunun emosional vəziyyəti də vacibdir".

Qeyd edək ki, Ronaldu 89-cu dəqiqədə əvəzlənib.


Paylaş: