"Real"n futbolçuları Vinçiçdən narazıdır
"Real"ın futbolçuları Çempionlar Liqasının 1/4 final mərhələsinin "Bavariya" ilə cavab oyununda (3:4) Eduardo Kamavinqanın meydandan qovulmasına reaksiya veriblər.
Sportlife.az xəbər verir ki, Cud Bellingem matçın baş hakimi Slavko Vinçiçin qərarını belə şərh edib:
"Bu, sadəcə gülüncdür. Bunun üçün qırmızı vərəqə verilməsi mümkün deyil, tamamilə absurddur. İki qayda pozuntusu, iki sarı vərəqə, vəssalam".
Eder Militao qərarın ədalətsiz olduğunu deyib.
Antonio Rüdiger isə hakimlik haqqında danışmaq istəmədiyini bildirib.