"Turan Tovuz"dan inamlı qələbə
Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.
Sportlife.az xəbər verir ki, turun açılış oyununda "Turan Tovuz" Sumqayıtda "Araz-Naxçıvan"la qarşılaşıb. Görüş Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Kurban Berdiyevin baş məşqçisi olduğu komanda avrokuboklara vəsiqə uğrunda daha bir önəmli addım atıb. Belə ki, xallarını 55-ə çatdıran “Turan Tovuz” 3-cü pillədəki mövqeyini möhkəmlədib. Qərb təmsilçisi ən yaxın izləyicisi “Zirə”ni 10 xal qabaqlayır. “Araz-Naxçıvan” isə 39 xalla 6-cı sırada qalıb.
Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə"nin qonağı olacaq. "Zirə" İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 19:30-da start götürəcək.
Qeyd edək ki, XXVIII tura aprelin 19-da yekun vurulacaq.