Fliklə yeni müqavilə

  • Bu gün, 14:30

"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Hans-Diter Flik üçün müqavilənin vaxtından əvvəl uzadılmasının mümkünlüyünü açıqlayıb.

Sportlife.az xəbər verir ki, onun sözlərinə görə, almaniyalı mütəxəssislə sözləşmənin müddəti 2028-ci ilə qədər uzadılacaq.

Qeyd edək ki, Flikin hazırkı kontraktı 2027-ci ilin yayında başa çatmalıdır.

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin yayından "Barselona"ya rəhbərlik etir.


Paylaş: