Neymardan milliyə çağırılmamasına reaksiya

  • Bu gün, 11:46

"Santos"un hücumçusu Neymar qarşıdan gələn yoldaşlıq oyunları üçün Braziliya millisinin heyətindən kənarda qalmasına münasibət bildirib.

Sportlife.az xəbər verir ki, o, yığmaya çağırılmadığı üçün həm məyus, həm də kədərli olduğunu söyləyib:

"Amma mən çox çalışmağa davam edirəm - günbəgün, məşqdən-məşqə, oyundan-oyuna. Bütün diqqətimi meydandakı işimə cəmləmişəm. Məqsədimə çatacağam. Milli komandanın yekun heyəti sonda açıqlanacaq".

Braziliya millisi martın 26-da Fransa, aprelin 1-də isə Xorvatiya ilə yoldaşlıq oyunları keçirəcək.


Paylaş: