Qvardiola geridönüşə inanır
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"a qarşı keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis ilk matçdakı 0:3 hesablı məğlubiyyətdən sonra geridönüşün mümkün olduğunu bildirib:
"Əgər oyunçular buna inanmırlarsa, bu, onların problemidir. Onlar peşəkardırlar, yaxşı maaş alırlar. Əgər Çempionlar Liqasında buna inanmırlarsa, onda evdə qalsalar, daha yaxşıdır".
Cavab oyunu martın 17-dən 18-nə keçən gecə təşkil olunacaq.