"Milan"ın oyununda insident
"Milan" və Portuqaliya millisinin hücumçusu Rafael Leao İtaliya A Seriyasının 29-cu turunda "Latsio" ilə oyunda (0:1) əvəzləndiyi üçün baş məşqçisi Massimiliano Alleqri ilə mübahisə edib.
Sportlife.az xəbər verir ki, 66-cı dəqiqədə meydanı tərk edən futbolçu buna sərt şəkildə etiraz edib. Alleqri əvəzetmədən sonra forvardı sakitləşdirməyə çalışsa da, o, mütəxəssisi itələyib.
Bu mövsüm Leau bütün turnirlərdə 24 oyunda meydana çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.