“Neftçi”ni bitirən daxili savaş

  • Bu gün, 15:38

"Neftçi"nin dərdi bitmir. Mövsümlər dəyişir, adlar dəyişir, amma nəticə dəyişmir.
 Bu mövsüm də alınmadı kimi görünür. Vernidubla da alınmır. Yenə qaldı gələn mövsümə...

Ötən mövsüm də belə idi. Ümidlər Samir Abasova bağlanmışdı. Mövsüm bitməmiş növbəti ilin planları qurulmuşdu. Alınmadı.
Yenə eyni vəziyyət təkrarlanır. Vernidubla da alınmır. Bu gedişlə alınmayacaq da. Bu gedişlə...

Əslində Vernidub ilk oyunlarda göstərdi ki, komandanın fəlsəfəsini dəyişə bilib. Bəs niyə alınmır? 

"Neftçi" rəhbərləri çoxdur. Hərəsinin öz marağı, öz planı, öz adamı var. Birinin gətirdiyini digəri qəbul etmir. Birinin qurmaq istədiyi sistemi başqası pozur. Maraqlar toqquşur və sonda bütün bu toqquşmalar “Neftçi”nin başında çatlayır.

Bu gün klubda hər kəsin “öz futbolçusu”, “öz məşqçisi”, “öz adamı” olduğu deyilir. Belə mühitdə vahid komanda qurmaq mümkünsüzdür.

Vernidub "Neftçi"ni düzəldə bilər. Amma bunun üçün ilk növbədə klub daxilində birlik olmalıdır. Hamı eyni istiqamətə baxmalıdır. Samir Abbasovun dediyi kimi yumruğu stolun üstünə vuran biri lazımdır. Ancaq ilk növbədə klubun daxilində.

Klub daxilində bu qarışıqlıq davam edəcəksə, nəinki Vernidub, dünyanın ən güclü məşqçisi də gəlsə, “Neftçi”ni xilas edə bilməyəcək.

Mirələm HƏSƏNLİ 


Paylaş: