Mourinyo, yoxsa Naqelsmann?

  • Bu gün, 19:05

"Real"da baş məşqçi vəzifəsinə daha bir namizəd müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Madrid təmsilçisi Alvaro Arbeoanı istefaya göndərməyi planlaşdırır. 

Namizədlər sırasında isə Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann da var. Daha əvvəl bu vəzifəyə Joze Mourinyonun da gətirilə biləcəyinə dair xəbərlər yayılmışdı. 

Qeyd olunur ki, Naqelsmann özü "Real"da işləmək perspektivinə müsbət yanaşır. Lakin o, Almaniya millisindən yalnız 2026-cı il dünya çempionatından sonra ayrılmağa hazır olacaq.

Xatırladaq ki, hazırda "Real" La Liqanın turnir cədvəlində 74 xalla 2-cidir. Komanda sona 5 tur qalmış lider "Barselona"dan 9 xal geridədir. Həmçinin "kral klubu" Çempionlar Liqasında da mübarizəni dayandırıb.


Paylaş: