Montiel mövsümü erken bitirdi

  • Bu gün, 16:16

“Qarabağ”ın "Neftçi" ilə oyunda zədələnən futbolçusu Coni Montiel əməliyyat olunub.

Bu barədə Sportlife.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ayaq barmağı sınan və bu gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək.  Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.

Xatırladaq ki, Montiel Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış “Neftçi” ilə matçının 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, birbaşa xəstəxanaya aparılmışdı.


Paylaş: