"Arsenal"ın ulduzu cəzalana bilər

  • Bu gün, 16:59

UEFA "Arsenal"ın yarımmüdafiəçisi Deklan Raysın Çempionlar Liqasının yarımfinalının "Atletiko"ya qarşı ilk oyunundan sonra verdiyi şərhləri araşdıracaq.

Sportlife.az xəbər verir ki, iki komanda arasında oyun 29 apreldə Madriddə baş tutub və 1-1 hesablı heç-heçə ilə başa çatıb. 78-ci dəqiqədə hakim Denni Makkeli "Atletiko"nun müdafiəçisi David Qanzkonun London klubunun yarımmüdafiəçisi Ebereçi Ezeyə qarşı kobud hərəkətinə görə "topçular"a penalti təyin edib. VAR müdaxiləsindən və videot əkrarın nəzərdən keçirilməsindən sonra Makkeli ilkin qərarını dəyişdirib. Matçdan sonra Rays hadisəni tənqid edərək iddia edib ki, "hakimin qərarına təsir edən və onu fikrini dəyişməyə vadar edən" azarkeşlər olub.

UEFA Raysın şərhlərini nəzərdən keçirərək hakimin dürüstlüyünə şübhə yaradıb-yaratmadığını müəyyən etmək niyyətindədir. 27 yaşlı oyunçu diskvalifikasiya ilə üzləşə bilər.

Çempionlar Liqasında "Arsenal" və "Atletiko Madrid" arasında cavab oyunu mayın 5-də Londonda keçiriləcək.


Paylaş: