"Oğlumun futbolçu olmasını istəmirəm!"
"Real"ın hücumçusu Endrik oğlunun futbolçu olmasını istəmir.
Sportlife.az xəbər verir ki, braziliyalı forvard futbolun çox çətin bir mühit olduğunu deyib:
"Ümid edirəm ki, oğlum futbolçu deyil, vəkil, həkim və ya başqa bir peşə sahibi olacaq. Futbol çox çətin bir mühitdir!".
19 yaşlı futbolçu və həyat yoldaşı ilk övladlarını gözləyirlər. Cütlüyün bir oğlu olacaq.
Hazırda "Lyon"da icarə əsasında çıxış edən hücumçu əvvəllər "Palmeiras"da oynamış və iki dəfə Braziliya çempionluğu qazanıb. O, 2024-cü ildə Madrid klubuna qoşulub. O, klubla UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.