Azərbaycanda "Sabah" erası: İlk çempionluq

  • 30 Aprel 2026, 22:14

“Sabah” tarixində ilk dəfə olaraq futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi adını rəsmiləşdirib.

Sportlife.az xəbər verir ki, bu gün keçirilən 21-ci turun təxirə salınmış “Neftçi” - “Qarabağ” matçında Ağdam klubu uduzub - 1:2.

Beləliklə, Premyer Liqanın bitməsinə 4 tur qalmış “Sabah”la “Qarabağ” arasında xal fərqi 13 olaraq qalıb. Bu isə o deməkdir ki, son 4 turun nəticəsindən asılı olmayaraq “Sabah” Azərbaycan çempionu adını qazanıb.


Paylaş: