Reşford Premyer Liqaya qayıda bilər
"Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən Markus Reşforda maraq göstərən klubların sayı artmaqda davam edir.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı oyunçunun vəziyyətini yaxından izləyən klublardan biri “Aston Villa”dır. Bildirilir ki, komandanın baş məşqçisi Unay Emeri onun transferində şəxsən maraqlıdır.
Reşford daha əvvəl də “Aston Villa”nın formasını geyinib: o, 2024/25 mövsümünün ikinci yarısını bu komandada icarə əsasında keçirib.
Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.