İngiltərə klubunda ayrılıq
İngiltərənin “Bernli” klubu baş məşqçi Skott Parkerlə yollarını ayırıb.
Sportlife.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub rəhbərliyi ötən həftə çempionatı tərk edəcəkləri dəqiqləşəndən sonra onun taleyi ilə bağlı müzakirələr aparıb.
Yeni baş məşqçisinin tezliklə təqdim olunacağı deyilir.
“Bernli” 2024/2025 mövsümündə Parkerin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb