"Neftçi" "Qarabağ"a qarşı

  • Bu gün, 10:35

Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçı keçiriləcək.

Sportlife.az xəbər verir ki, Azərbaycan derbisini Kamranbəy Rəhimov idarə edəcək.

"Neftçi" bu matçda qələbə qazanarsa, turnir cədvəlində 4-cü pilləyə yüksələ biləcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda isə 59 xalla ikinci pillədədir.

Azərbaycan Premyer Liqası
21-ci tur(təxirə salınmış matç)

20:00 "Neftçi” – “Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”


Paylaş: