Portuqaliyalı müdafiəçi "Qarabağ"ın radarında

  • Bu gün, 18:09

"Kaza Piya"nın müdafiəçisi Joau Qulart karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, "Qarabağ" portuqaliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Transferfeed" portalı məlumat yayıb.

Ağdam təmsilçisinin Qulart üçün Portuqaliya klubuna sorğu göndərdiyi bildirilir. "Kaza Piya" 26 yaşlı mərkəz müdafiəçisini 1,5 milyon avroya buraxmağa hazırdır. "Qarabağ"ın təklif etdiyi maaşın futbolçunun hazırda qazandığından xeyli yüksək olduğu qeyd olunub.

Qeyd edək ki, Joau Qulart 2024-cü ilin yayından "Kaza Piya"da çıxış edir. Portuqaliya U-18 millisinin sabiq üzvü bu mövsüm ölkə çempionatında meydana çıxdığı 22 matçda 1 qol vurub. "Transfermarkt" portqalı Qulartın dəyərini 1 milyon avro təyin edib.


Paylaş: