Millimiz UEFA İnkişaf Turnirində mübarizəyə başlayır

  • Bu gün, 13:33

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası aprelin 30-da Bakıda təlim-məşq toplanışına başlayacaq.

Sportlife.az AFFA-nın saytına istinadən Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 ardından Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq. Komandamız Litva, Rumıniya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

U-16-ya dəvət edilən futbolçular aşağıdakılardır: 

İradə Əsədli, Zəhra İsmayılova, Lamiyə Məmmədova, Tahirə Rəcəb (hamısı "Şəfa"), Süməyyə Əhməd, Məryəm Nuruzadə, Aylin Əliyeva, Nuray Qurbanova, Könül Hüseynova, Aydan Nəsrullayeva, Zəhra Abdullayeva (hamısı "Ulduz"), Xədicə Rəhimova, Suel Polikarpova, Sara Səlimova (hamısı "Neftçi"), Nuray Əzizova, Zeynəb Muradzadə (ikisi də "Təhsil 8 İOEUGİM"), Xədicə Əlizadə, Şəhanə Mirzəliyeva (ikisi də "Liman"), Məryəm Səmədli ("Sabah"), Səbinə Şərəfxanova ("Krılya Sovetov", Rusiya)

6 may

17:00. Azərbaycan - Litva

8 may

17:00. Azərbaycan - Rumıniya

11 may

12:00. Azərbaycan - Gürcüstan


Paylaş: