ÇL: "Metropolitano"da "Arsenal" sınağı
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti görüşü baş tutacaq.
Sportlife.az xəbər verir ki, mərhələnin ikinci matçında "Atletiko" İspaniyada “Arsenal”ı qəbul edəcək. Qarşılaşma “Metropolitano” stadionunda, saat 23:00-da start götürəcək. Görüşün baş hakimi niderlandlı Danny Makkelie olacaq. UEFA-nın rəsmi təyinatına əsasən, oyunu tamamilə niderlandlı hakimlər briqadası idarə edəcək.
Tərəflər arasında cavab görüşü mayın 5-də baş tutacaq.
Mərhələnin ilk matçında PSJ Fransada “Bayern”i 5-4 hesabı ilə üstələyib.