Fransanın prezidenti: "Marsel"liyəm, amma bu gün PSJ-nin tərəfindəyəm"

  • Dünən, 21:31

Fransa prezidenti Emmanuel Makron PSJ - "Bavariya" matçının hesabını proqnozlaşdırıb.

Sportlife.az xəbər verir ki, bu gün PSJ Çempionlar Liqasının yarımfinalında öz meydanında Münhen "Bavariya"sını qəbul edəcək. "L’Equipe" nəşrinin məlumatına görə, Fransa prezidenti Emmanuel Makron Parisdə keçiriləcək matçla bağlı gözləntilərini bölüşüb: 

"Mən "Marsel"ə azarkeşlik edirəm, ancaq bu axşam PSJ oynayır. Buna görə də mən PSJ-ni dəstəkləyəcəyəm. Düşünürəm ki, onlar 3:1 hesabı ilə qalib gələcəklər".

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.


Paylaş: