Neymar infeksiyaya yoluxdu
"Santos” hücumçusu Neymarın məşqə qatılmamasının səbəbini açıqlayıb.
Daha əvvəl 34 yaşlı futbolçunun dünən komandanın məşqinə səbəbsiz qatılmadığı bildirilmişdi. Ancaq klubun rəsmi açıqlamasına görə, Neymar virus infeksiyası səbəbindən məşqi buraxıb.
Sportlife.az Braziliya klubunun açıqlamasını təqdim edir:
“Neymar aprelin 25-də, gecə virus infeksiyasına yoluxub, dərman qəbul edib və müalicəyə yaxşı reaksiya verib. Hazırda “Santos”un tibbi heyətinin nəzarəti altındadır”.
Braziliyalı futbolçu Sudamerikana kubokunda “San Lorenzo” ilə oyun üçün sabah Argentinaya gedəcək heyətə daxil edilib. Beləliklə, onun vəziyyətinin ciddi olmadığı və yaxın günlərdə komandaya qoşula biləcəyi gözlənilir.