"Turan Tovuz" "Zirə" ilə heç-heçə etdi, "Sabah" "Karvan-Yevlax"a qalib gəldi

  • Dünən, 21:50

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, sonuncu gündə iki matç baş tutub.

"Zirə" "Turan Tovuz"un qonağı olub. Qarşılaşma bərabərliklə yekunlaşıb.

"Sabah" isə "Karvan-Yevlax"ı qəbul edib. Burada meydan sahibləri qələbəyə sevinib.

Azərbaycan Premyer Liqası
XXIX tur

27 aprel

18:00 "Turan Tovuz"- "Zirə" 1:1
Qollar: 
Rəhim Sadıxov, 22 - Davit Volkov, 63
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

20:00 "Sabah" - "Karvan-Yevlax" 2:0
Qollar: 
Patrik Mbina, 49, Aron Maluda, 55
Qırmızı vərəqə: Aleksey İsayev, 64 - Tompson Qavi, 39
Baş hakim: Kamranbəy Rəhimov
“Bank Respublika Arena”


Paylaş: