"Mançester Siti"nin futbolçusu barda yatıb qaldı

  • Bu gün, 18:14

"Everton”da icarə əsasında çıxış edən İngiltərə millisinin üzvü Cek Qriliş bərpa prosesində olduğu vaxt Mançesterdə barda görüntülənib.

Fevralda ayağından əməliyyat olunan futbolçu dostları ilə birlikdə şəhərdəki məkanlardan birinin balkonunda vaxt keçirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qriliş içkidən sonra qısa müddət oyaq qalıb və daha sonra səs-küylü mühitə baxmayaraq, dərin yuxuya gedib.

Hazırda “Mançester Siti”yə məxsus olan və icarə əsasında “Everton”da çıxış edən yarımmüdafiəçinin mövsümün qalan hissəsini buraxacağı gözlənilir. Onun qarşıdakı dünya çempionatında İngiltərə millisinin heyətində yer alması da sual altındadır. Qriliş indiyədək milli komandada 39 oyun keçirib.

30 yaşlı futbolçu martın əvvəlində sosial şəbəkədə paylaşım edərək, daha güclü qayıdacağını bildirmişdi. O, həmin ayın sonunda komanda yoldaşı Cordan Pikfordun ad günü münasibətilə təşkil olunan şənlikdə də görüntülənmişdi.

İngiltərəli yarımmüdafiəçi cari mövsümdə klub səviyyəsində 22 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.


Paylaş: