"Real"da ciddi itki
"Real"ın heyətində ciddi itki baş verib.
Sportlife.az xəbər verir ki, Kilian Mbappe sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı hücumçu La Liqanın 33-cü turunun "Betis"lə matçında (1:1) ayaq əzələsindən zədə alıb. 27 yaşlı forvardın yaşıl meydanlara qayıdacağı tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə "Real"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 41 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.