"Barselona" Alvarezin transferində israrlıdır

  • Bu gün, 13:18

"Atletiko”nun hücumçusu Xulian Alvares “Barselona”nın transfer hədəfi olaraq qalır.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu niyyətini təsdiqləsə də, vəziyyətin hələ yaxın gələcəkdə aydınlaşmayacağı məlumdur. Argentinalı futbolçu hazırda bütün diqqətini komandasının UEFA Çempionlar Liqasında “Arsenal”la keçirəcəyi yarımfinal oyununa yönəldib. Lakin “Barselona” rəhbərliyi müqavilənin maliyyə baxımından nə qədər çətin olacağını başa düşməsinə baxmayaraq, forvardı transfer etməkdə aktiv şəkildə israr edir.

“Transfermarkt”a görə Alvaresin bazar dəyəri 90 milyon avrodur.


Paylaş: