Nərimanın komandası qələbə qazandı
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin klubu olan “Kolumbus Kru” (Columbus Crew) ABŞ MLS-də 10-cu tur matçına çıxıb.
Sportlife.az xəbər verir ki, “Filadelfiya Yunion”u qəbul edən “Kolumbus Kru” 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Arfsten və Harriel (avtoqol) vurub.
N.Axundzadənin adı iştirak ərizəsində olsa da, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, Şərq konfrasında yarışan “Kolumbus Kru” 10 oyundan 12 xalla 8-ci yeri tutur.