"Real" argentinalını icarəyə göndərəcək

  • Bu gün, 13:47

“Real”ın 18 yaşlı vingeri Franko Mastantuono mövsümün sonunda komandanı tərk edə bilər.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” argentinalı futbolçunu yay transfer pəncərəsində icarəyə göndərməyi planlaşdırır.

Hazırda oyunçu ilə İngiltərə Premyer Liqasının təmsilçiləri – “Vest Hem”, “Brayton” və “Tottenhem” yaxından maraqlanır.

“Real” Mastantuononu ötən yay Argentinanın “River Pleyt” klubundan, 45 milyon avroya transfer etmişdi. Gənc vinger cari mövsümdə bütün turnirlərdə 30 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.


Paylaş: