Bu gün İstanbul derbisi keçiriləcək
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.
Sportlife.az xəbər verir ki, lider “Qalatasaray” 31-ci turda öz meydanında əzəli rəqibi “Fənərbaxça”nı qəbul edəcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Hazəırda “Qalatasaray” 30 turdan sonra 71 xalla birinci sıradadır. “Fənərbaxça” isə 67 xalla ikincidir.