Qəbələdə 2 qol

  • Bu gün, 20:35

Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, günün 2-ci matçında şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. 76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla 6-cı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni 2 cavabsız qolla üstələyib.

Tura aprelin 27-də yekun vurulacaq.


Paylaş: