"Real"da münaqişə

  • 24 Aprel 2026, 18:29

"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos mövsümün qalan hissəsini buraxa bilər.

Sportlife.az xəbər verir ki, 29 yaşlı ispaniyalı bu həftə baş məşqçi Alvaro Arbeloa ilə münaqişə yaşayıb. Nəticədə, yarımmüdafiəçi 32-ci turun "Betis"lə oyunu üçün heyətə daxil edilməyib.

Sebalyos 2017-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm 22 oyunda qol vurmayıb. Klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.


Paylaş: