Tonali İtaliyaya qayıda bilər

  • Bu gün, 10:42

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali gələcək karyerasıyla bağlı qərarını düşünür.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu ölkəsinə qayıtmaq variantını ciddi şəkildə nəzərdən keçirir. “İnter”, “Yuventus” və daha əvvəl çıxış etdiyi “Milan” onunla maraqlanır. Eyni zamanda, Premyer Liqa klublarından “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Mançester Siti” də yarımmüdafiəçiyə maraq göstərir. “Nyukasl” isə Tonalinin satışından 80 milyon avrodan çox gəlir əldə etməyi planlaşdırır.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 50 oyuna çıxaraq, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: