Xavi: "İlk ilimdə son dərəcə tələbkar idim"

  • Bu gün, 12:34

Xavi Hernandes “Barselona”da işlədiyi müddətdə etdiyi səhvdən danışıb. İspaniyalı mütəxəssis 2021-2024-cü illərdə Kataloniya komandasına rəhbərlik edib və hazırda işsizdir.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, Xavi bunu söyləyib:

“İlk il yarımda son dərəcə tələbkar idim. Oyunçulardan, xüsusən də, klub prezidenti Xuan Laportadan çox şey tələb edirdim. La Liqanı və İspaniya superkubokunu qazandıqdan sonra sanki rahatlaşdım və fərqinə varmadan səviyyəni aşağı saldım. Belə bir şey bir daha təkrarlanmamalıdır”.

Xavini “Barselona”nın baş məşqçi postunda almaniyalı mütəxəssis Hans-Diter Flik əvəz edib.


Paylaş: