Kamavinqa "Real"da qalacaq?

  • Bu gün, 16:48

"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa qarşıdan gələn yay transfer pəncərəsi zamanı başqa klublara keçmək təkliflərini nəzərdən keçirmək niyyətində deyil.

Sportlife.az "Marca"ya istinadən xəbər verir ki, fransız futbolçu “kral klubu”nda qalmaq qərarına gəlib və start heyətində yer almaq uğrunda mübarizə aparacaq.

Mövsümün sonunda mümkün satış barədə əvvəllər yayılan xəbərlərə baxmayaraq, yarımmüdafiəçi İspaniya klubu ilə əməkdaşlığını davam etdirməkdə qərarlıdır.

Kamavinqanın İspaniya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

23 yaşlı yarımmüdafiəçi 2021-ci ildə “Renn”dən “Real”a keçib.


Paylaş: