Militao əməliyyat olunacaq

  • Bu gün, 14:27

"Real”ın müdafiəçisi Eder Militao bu həftə əməliyyat olunacaq.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun 2025-ci ilin dekabrında aldığı bud nahiyəsi zədəsi yenidən təkrarlanıb. Bu səbəbdən, onun cərrahi müdaxiləyə ehtiyacı yaranıb və futbolçu qarşıdakı dünya çempionatını buraxacaq.

Əməliyyat Finlandiyada həyata keçiriləcək. Müdafiəçinin bərpa müddətinin təxminən beş ay çəkəcəyi gözlənilir.

28 yaşlı futbolçu cari mövsümdə La Liqa çərçivəsində 16 oyuna çıxıb və 2 qol vurub.


Paylaş: