"İnter"dən 20 milyon avroluq təklif

  • Bu gün, 21:21

"Real"ın qapıçısı Andrey Lunin karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, "İnter" ukraynalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

A Seriyasının lideri Lunin üçün 20 milyon avroluq təklif göndərib. İspaniya klubu bu təklifi qəbul etməyi düşünür.

Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan 8,5 milyon avroya transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 21 qol buraxıb.


Paylaş: