"Real" Kloppu razı sala biləcəkmi?

  • Dünən, 17:19

“Real” növbəti mövsüm üçün yeni baş məşqçi axtarışındadır.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, Dortmund “Borussiya”sının və “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp əsas namizəd hesab olunur.

Daha əvvəl mətbuatda Kloppun Madrid klubunun baş məşqçisi vəzifəsini tutması ehtimalının az olduğu bildirilib. Komandaya hazırda Alvaro Arbeloa rəhbərlik edir.

“Real” hazırda La Liqanın turnir cədvəlində “Barselona”dan sonra ikinci yerdədir. Klub Çempionlar Liqasını isə 1/4 finalda tərk edib.


Paylaş: