"Rusiyada işləməyə hazıram" - Qattuzo
İtaliya millisinin keçmiş baş məşqçisi Gennaro Qattuzo Rusiya klubunu çalışdırmaq istəyir.
Sportlife.az xəbər verir ki, 48 yaşlı mütəxəssis yaxşı təklif gözlədiyini dilə gətirib:
"Rusiyada işləməyi düşünəcəyəm. Bunun üçün yaxşı təklif almalıyam. Mənim işim məşqçilik etməkdir. Ona görə də yaxşı bir təklif gəlsə, Rusiya klublarından birində çalışmağa hazıram."
İtaliya millisi Qattuzonun rəhbərliyi altında 2026-cı il Dünya Kubokuna vəsiqə qazana bilmədi. Milli komanda pley-off matçında Bosniya və Herseqovinaya uduzdu (1-1, penaltilər – 1-4). Bundan sonra Qattuzo istefaya göndərildi.
İtaliyalı məşqçi əvvəllər "Milan", "Napoli", "Valensiya", "Marsel", "Palermo", OFI, "Piza" və "Hajduk Split" kimi komandalara rəhbərlik edib.