Arda Turan çempion olmağa yaxındır

  • Dünən, 19:12

Türk mütəxəssis Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" Ukrayna çempionatının 25-ci turunda "Kudrovka"nın qonağı olub.

Sportlife.az xəbər verir ki, matç Donetsk təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində "Şaxtyor" liderliyini daha da möhkəmləndirib. 

Onların ən yaxın izləyicisi olan "LNZ Çerkassı" isə "Metalist 1925"lə matçda vacib xallar itirib - 1:1.

Beləliklə, çempionatın bitməsinə 5 tur qalmış "Şaxtyor"la LNZ arasında 8 xallıq fərq yaranıb. Hazırda Arda Turanın komandasının 25 oyundan 60, LNZ-in isə 52 xalı var.

Xatırladaq ki, Arda Turanın rəhbərliyi altında "Şaxtyor" həmçinin UEFA Konfrans Liqasında yarımfinala vəsiqə qazanıb və bu mərhələdə İngiltərənin "Kristal Pelas" klubu ilə qarşılaşacaq.


Paylaş: