"Bu ləqəbə sahib olduğum üçün çox qürurluyam" - Gürcü futbolçu
PSJ-nin vingeri Xviça Kvaratsxeliya "Napoli"də oynayarkən qazandığı "Quaradona" ləqəbi ilə bağlı fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, gürcüstanlı futbolçu bu ləqəblə çox qürur duyduğunu deyib:
"Dünyanın ən yaxşı futbolçularından biri ilə müqayisə olunmaq həmişə xoşdur. Maradona "Napoli"də oynayıb və hər bir neapollu ailədə onun şəkilləri var. O, həqiqətən də bütün dövrlərin ən böyük futbolçularından biridir. Bu ləqəbə sahib olduğum üçün çox qürur duyuram.
O, qeyd edib ki, Dieqo Maradona ilə müqayisə olunmaq asan deyildi, çünki meydanda hər dəfə ləqəbini doğrulda biləcəyini sübut etməli idi. Buna baxmayaraq, azarkeşlərin onu sevməsindən məmnun olduğunu bildirib.
Kvaratsxeliya 2022-ci ildən 2025-ci ilə qədər "Napoli"də oynayıb, daha sonra PSJ-yə keçib. O, İtaliya klubu ilə iki Seriya A titulunu qazanıb.