Medina 200-cü oyununu keçirdi
Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib.
Sportlife.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Premyer Liqanın 29-cu turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib.
O, 200 matçda 6 qola imza atıb.
Bu, Medinanın çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.
Cənubi amerikalı futbolçu 2020-ci ilin yayından “Qarabağ”da forma geyinir.